QOÇ
Uğurlu gündür, çətin işlərin öhdəsindən gələcəksiniz. Heç kim sizinlə mübahisə etməyəcək. Romantik tanışlıq üçün əlverişli gündür. Istədiyiniz adamda özünüz haqqında xoş təəssürat yarada biləcəksiniz.
BUĞA
Hisslərinizin diqtəsilə atdığınız addımlar sizə xeyir gətirməyəcək. Doğmalarınızla aranızda yaranacaq mübahisə günün mənzərəsini korlayacaq. Ulduzlar hərəkətə keçməmişdən əvvəl dərindən düşünməyi məsləhət görür.
ƏKIZLƏR
Heç də xoş gün deyil. Siz həyəcanlı fikirlərə qərq olacaqsınız. Bu da neqativ tendensiyaların təsirindəndir. Gün yalnız özündə güc tapanlar üçün yaxşı keçəcək.
XƏRÇƏNG
Xoş gün gözlənilir. Gözlənilməz təsadüf çoxdan arzuladığınıza çatmaq şansı yaradacaq. Qarderobunuzu təzələmək, imicinizdə dəyişiklik etmək üçün münasib gündür. Alış-verişdə bəxtinizin gətirəcəyi bildirilir.
ŞIR
Siz özünüzə heç bənzəmirsiniz, bu gün əks cinsin nümayəndələrinə diqqət yetirməyəcəksiniz. Çətin işləri kənara qoyun, çünki bu gün adi işlər belə, sizə çətin görünəcək. Istirahət edin.
QIZ
Uğur qazanmaq şansınız var. Təəssüf ki, hərəkət etmək lazım gələndə siz geriyə çəkilirsiniz. Sizinlə anlaşmaq asan olacaq, amma ədalət naminə demək lazımdır ki, bu gün vəd etdiklərinizin hamısını yerinə yetirməyəcəksiniz.
TƏRƏZI
Gün maraqlı olacaq. Diqqətli olun ki, heç nəyi qaçırmayasınız. Yaxşı olar ki, əvvəlcədən hərəkət planınızı qurasınız. Ona riayət etmək asan olacaq. Amma çalışın, ətrafınızdakıların qəlbini qırmayasınız.
ƏQRƏB
Açıq-aşkar münaqişələrə girişmək təhlükəlidir. Situasiyaya təsir etmək olar, amma bunun üçün ağılla hərəkət etmək lazımdır. Gücünüzü boş yerə sərf etməyin. Sizi yaxşı adam kimi tanıyanların dəstəyinə gələn həftə ehtiyacınız olacaq.
OXATAN
Əla gündür. Yeni başlanğıclar sizin üçün uğurlu olacaq. Gün fikir ayrılıqlarına son qoymaq baxımından da yaxşı zamandır. Eyni zamanda, nikah bağlamaq baxımından da əlverişlidir.
OĞLAQ
Ən yaxınınızla aranızda münasibətlərin yaxşı olacağı bildirilir. Son həftə ərzində sizi narahat edən ailə problemlərinə son qoyacaqsınız. Gün kifayət qədər xoş təəssüratlar vəd edir. Səfərə çıxan “Oğlaq”ları xoş gün gözləyir.
DOLÇA
Gün sizi sevindirəcək. Heç vaxt etmədiklərinizi reallaşdırmağa hazır olun, bu sizdə yaxşı alınacaq. Çox da uzaq olmayan yerdən xoş xəbər eşidəcəksiniz. Axşam romantik görüş üçün münasibdir.
BALIQLAR
Işləriniz pis getmir. Hadisələri tələsdirməyin. Maliyyə məsələlərini həll etmək olar, yeni gəlir mənbəyi axtara bilərsiniz. Qiymətli hədiyyə alacağınız da istisna edilmir. Günün ikinci yarısında görmək istədiyiniz, çoxdan darıxdığınız adamla görüşəcəksiniz.

Günün ulduz falı (21.06.12)
•