Polis “Azadlıq” qəzeti satanı saxlayıb

AXCP üzvü Vüsal Bayramov Yeni Günəşli qəsəbəsində “Azadlıq” qəzetini satdığı üçün 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. “Qafqazinfo”nun məlumatına görə, Vüsal Bayramov bu barədə “Facebook” statusunda yazıb. Vüsal Bayramlı bildirib ki, saxlanılarkən qardaşı Kamran Bayramov da onunla bərabər olub.

Bölməyə aparılan qardaşlar polis tərəfindən xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Vüsal Bayramov yazır ki, polis onlardan Yeni Günəşli ərazsində “Azadlıq” qəzetini satmamalarını tələb edib.