Morninqstarın səfir təyinatına “hə” deyildi

İyunun 19-da ABŞ Senatında Xarici Əlaqələr Komitəsində prezident Barack Obamanın Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürdüyü Riçard Morninqstarla bağlı müzakirələr davam edib və Komitə onun namizədliyini təsdi edib. İndi yaxın günlərdə Senatın tam təsdiqindən sonra Morninqstar vəzifəsinin icrasına başlayacaq.

Riçard Morninqstar ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsidir. O, keçmiş sovet respublikalarında və Avropa Birliyi ölkələrində ABŞ-ın səfiri vəzifələrində çalışıb. müşaviridir.

İyunun 14-də senatın Xarici Əlaqələr Komitəsində müzakirələrin ilk günü Morninqstar bildirib ki, əgər təsdiq edilsə, Azərbaycanda müasir demokratiyanın qurulması üçün əlindən gələn bütün köməyi edəcəyini bildirib.

O, həmçinin Avropanın qaz təchizatı üçün Bakı ilə işləyəcəyini, Dağlıq Qarabağ münaqişəsini və İranın Azərbaycana təsirini nəzarətdə saxlayacağını deyib.