ABŞ-da prezidentiyə əsas namizəd respublikaçı Mit Romni Rusiyanı “ABŞ-ın əsas geopolitik rəqibi” adlandırıb. Romni etiraf edib ki, Rusiya və ABŞ artıq düşmən deyillər çünki, “soyuq müharibə” bitib. “Ancaq Rusiya bizim əsas geopolitik rəqibimiz olaraq qalır. Bununla əlaqədar düşünürəm ki, Rusiya hakimiyyəti dövlətimizin maraqlarına zidd olan siyasət aparmağa davam edirlər”.O, Obamanı Rusiyaya qarşı yumşaq siyasətinə görə tənqid edib. Romni: “Prezident qüvvələri düzgün qiymətləndirmədən həddən artıq sadəlöhvlük göstərdi”. Prezidentliyə namizəd hesab edir ki, Rusiyaya təsir etməyin və ABŞ-ın beynəlxalq sahədə uğurlarını möhkəmləndirməyin tək vasitəsi gücdür.
azadliq.info


