Liberman İranın Azərbaycana təzyiqindən danışdı

İsrailin xarici işlər naziri:“ Mərkəzi Asiya və Cənubi Qafqazda İranın təzyiqi açıq hiss olunur”

İsrailin xarici işlər naziri Aviqdor Liberman “izrus.co.il” xəbər portalına müsahibəsində bildirib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində İranın təzyiqi açıq hiss olunur. Liberman Tacikistan və Qırğızıstan kimi ölkələrin də bura daxil olduğunu söyləyib:“Bu yaxınlarda yəhudilərə, Azərbaycandakı israillilərə, həmçinin Bakıda keçirilən “Eurovision” yarışması ərəfəsində iranlıların Azərbaycanın ünvanına açıq təhdidlərin də xatırlayaq. Bu təhdidlər bütün Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna yönəlib”.

Rusiyanın İranın nüvə proqramı ilə bağlı  danışıqlar prosesindəki mövqeyinə toxunan Liberman Moskvanın səbrli davrandığını bildirib. Nazir Rusiya prezidenti Vladimir Putinin İsrailə yaxın günlərdə reallaşdrıacağı səfəri zamanı bu və digər məsələlərin müzakirə olunacağını da söyləyib. Liberman İranın nüvə silahına yiyələnməsinin yalnız regional deyil, bütün dünya miqyasında ciddi təhlükə yaratdığını deyib.

azadliq.info