ABŞ diplomatlarının məxfi yazışmalarını yaymaqla məşhurlaşmış “WikiLeaks” saytının qurucusu Culian Assanc Ekvadordan siyasi sığınacaq istəyib. Lent.az-ın verdiyi məlumata görə, “Associated-Press” agentliyi Culian Assancın hazırda Ekvadorun Londondakı səfirliyində olması barədə məlumat yayıb. Ekvador xarici işlər naziri ölkəsinin Culian Assancın xahişinə baxdığını söyləyib.
Qeyd edək ki, İsveç “WikiLeaks” saytının Avstraliya əsilli qurucusunu seksual zorakılıqda günahlandırır. London Məhkəməsi Culian Assancın Böyük Britaniyadan İsveçə ekstradisiyası barədə keçən ilin fevralında qərar verib. Bu il mayın 30-da Ali Məhkəmə apelyasiya şikayətini rədd edib.


