Pakistanın ali məhkəməsi baş nazir Yusif Rza Gilaninin səlahiyyətlərini dayandırıb. Məhkəmənin qərarında prezident Asif Əli Zərdariyə parlamentə baş nazirliyə yeni namizəd təqdim etmək məsləhət görülür.
Ali məhkəmə bu ilin aprelində Yusif Rza Gilani korrupsiyada ittiham olunan prezident Asif Ali Zardarinin məhkəmə prosesini bərpa etməməkdə, bu işə mane olmaqda təqsirli bilib.
Söhbət 90-cı illərdə İsveçrə bankları vasitəsilə pulyuma əməliyyatından gedir. Gilani isə Asif Əli Zərdarinin dövlət başçısı kimi toxunulmazlıq hüququ olduğunu təkid edir.


