Klinton Davudoğlu ilə görüşdü

ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Meksikada G 20 sammiti çərçivəsində keçirilən görüşdə Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bir saatdan çox davam edən görüşdə Davudoğlu və Klinton Suriya böhranı və terrorizmlə mübarizə məsələsini də müzakirə ediblər.