ulduz fali

Günün ulduz falı (20.06.12)

QOÇ
Hələlik həyəcanverici və qorxulu bir olay baş verməyəcək. Buna baxmayaraq, siz narahatlıq keçirirsiniz. Ehtimal ki, yaxınlarınızdan birindən kobud ifadələr eşidəcəksiniz. Sizdə daxilən narahatlıq yaradan adam barədə ətrafdakıların nə deməsindən asılı olmayaraq, o, sizin etibarınıza layiq deyil.
BUĞA
Gərgin və narahatlıq bəxş edən gündür. Düzgün istiqamət seçmək çətin olacaq. Anlaşılmazlıq yaranacaq. Bu da sizin planlarınızın reallaşmasına öz təsirini göstərəcək. Özünüzə müttəfiq saydığınız adamlar isə sizə verdikləri vədə xilaf çıxacaqlar.
ƏKIZLƏR
Imkan yaratmayın ki, günün hadisələri sizi dolaşığa salsın. Söhbət xüsusən də bu gün görüşəcəyiniz adamlardan gedir. Sizə elə gəlir ki, planlarınız əlçatandır, bütün işləriniz yağ kimi gedir. Amma əslində, belə deyil. Yaxşı olardı ki, siz öz gücünüzə güvənəsiniz.
XƏRÇƏNG
Bu gün vacib işlərə başlamayın, lazımi anda istifadə etməyiniz üçün gücünüzə qənaət edin. Həyat eşqi sönük olacaq, başağrıları və ya zədələnmə halları da gözlənilir. Sevgilinizlə aranızda ciddi anlaşılmazlıq olmayacağı bildirilsə də, tam səmimi münasibət də gözlənilmir.
ŞIR
Sizin bəxtiniz gətirəcək, bir çoxları üçün uğursuz olan işlər sizin üçün məhsuldar olacaq. Uzun müddətdir təxirə saldığınız vacib işlərinizlə məşğul ola bilərsiniz. Xoş anlar yaşadacaq sürpriz, hədiyyə də gözlənilir. Əks cinsin nümayəndələri sizə olan maraqlarını gizlətməyəcəklər.
QIZ
Günün sakit axarı sizi çaşdırmasın, əslində, böyük ümidlər bəslədiyiniz iş uğursuz alınacaq. Xoşbəxtlikdən yanınızda elə bir adam var ki, o, sizə həmişə dəstək verməyə hazırdır. Yaradıcılıq potensialı baxımından da məhsuldar gün olacaq.
TƏRƏZI
Gün ürəyinizcə olmasa da, ümumilikdə pis sayılmaz. Tez reaksiya vermək bacarığınız sayəsində ciddi problemlərdən qaça biləcəksiniz. Ulduzlar xəbərdarlıq edir ki, xoşagəlməz qadınla üz-üzə gələcəksiniz, amma narahat olmayın, o, sizə çətin ki, pislik edə bilsin.
ƏQRƏB
Bu gününüz çətinlik və problemlərlə bağlı olacaq. Hisslərinizi cilovlaya bilməyəcəksiniz. Nəticədə asanlıqla fitnə-fəsadın qurbanına çevrilirsiniz. O baxımdan da günün emosional fonu stabil olmayacaq.
OXATAN
Səfərlərlə, görüşlərlə bağlı planlarınızı həyata keçirə bilərsiniz. Bir an belə olsun, nikbinliyinizi itirmirsiniz. Bu xarakteriniz də sizin daim cazibədar qalmağınıza təsir göstərir. Gün yeni tanışlıq üçün münasib sayılır.
OĞLAQ
Uğursuz gündür. Uğursuzluq daxil olan xəbərlə başlayacaq və sizi planlaşdırdığınız işləri təxirə salmağa məcbur edəcək. Əhatənizdə olanlar sizin başınızı qatmağa çalışacaqlar. Səhhətinizlə bağlı problemin də olacağı ehtimal edilir. Ziyarət etdiyiniz tədbirlərdə sonadək qalmağınız məsləhət deyil.
DOLÇA
Diqqəti cəlb edəcək nəticə əldə etmək üçün xeyli səy göstərməli olacaqsınız. Təəssüf ki, ulduzlar sizin tərəfinizdə olmayacaqlar. Siz təslim olmursunuz, bu yaxşı xarakterdir. Ancaq digər tərəfdən də enerjinizi boş yerə sərf edirsiniz.
BALIQLAR
Gün problemlərlə zəngin olacaq. Bu gün təəccüb doğuracaq qədər səhvlərə yol verəcəksiniz. Gah əlinizdən nəyisə salıb sındıracaqsınız, gah da fikrinizi çatdırmaq üçün düzgün ifadələr işlətməyəcəksiniz. Bu gün romantik macəraya başlamağınız da məsləhət deyil.