Gəncədə zavod uçdu: 2 ölü

Gəncə şəhərində, “Aliminium Zavod MMC”-nin ərazisində bədbəxt hadisə baş verib. Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, köhnə tökmə sexində söküntü işləri aparılarkən dəmir-beton konstruksiyalı tavan çöküb. Nəticədə orada işləyən 1975-ci il təvəllüdlü Vyeçeslav Feyzullayev və 1977-ci ildə anadan olmuş Səlim Seyfullayev dağıntı altında qalıb. Hər iki şəxs hadisə yerində keçinib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 162.2 –ci (Əmək mühafizəsi qaydalarını pozma, insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.