Yeni araşdırmalara görə, çoxlu çay içən kişilər prostat xərçəngi ilə daha tez üzləşə bilərlər, nəinki daha az içənlər. Qlazqo universiteti 6000 könüllü üzərində 37 il müşahidə apararaq bu qənaətə gəlib. Müşahidələrin nəticəsində məlum olub ki, gündə 7 bardaqdan artıq çay içən kişilər daha az çay içən və içməyənlərlə müqayisədə 50% daha çox risk ehtimalı daşıyır.
Tədqiqatda iştirak edən professor Kaşif Şafik bununla razı deyil. “Qara və yaşıl çayın xərçənglə birbaşa əlaqəsi təsdiqlənməyib. Alkoqollu içkilər içən şəxslərin xərçəng olması ehtimalı daha böyükdür”.
azadliq.info