Neftçilər prospektinə döşənmiş yeni asfalt bu cür maşınlar üçün nəzərdə tutulmadığından dağıldı
Bakıda keçirilən Red Bull Racing – “Formula-1″ çempionu komandasının nümunəvi çıxışları bakılılara xeyli narahatlıq törədib. Yarışlar paytaxtın mərkəzində – Neftçilər prospektində keçirilib. Bundan ötrü demək olar bitişik küçələrin hamısı bağlanıb, istirahət günü olmasına baxmayaraq, şəhərdə böyük avtomobil tıxacları yaranıb.
Yolu keçə bilməyən onlarla piyada, sürücü “paytaxtın mərkəzində bu cür yarışı təşkil edib yolu bağlamaq
kimin ağlına gəlib” sualına cavab axtarırdı.
Hakimiyyətin analoqu olmayan ölkənin hansı növbəti nailiyyətini nümayiş etdirmək istəməsi məlum olmadı. Lakin Neftçilər prospektinə döşənmiş yeni asfalt bu cür maşınlar üçün nəzərdə tutulmadığından dağılıb. Əvəzində yolların bərpasına bir neçə milyon vəsaiti sərf etmək üçün hakimiyyətin yaxşı imkanı var. Çıxışlara gəlincə, tamaşaçılara “Formula-1″in ən sürətli yarış maşını – RB7 nümayiş etdirilib. 2011-ci ildə bu maşında Sebastyan Fettel dünya çempionu olub. Maşını tanınmış yarışçı Devid Kulthard idarə edib- cəmi 2,5 saniyəyə 100 km./saat. Ralli Gənclər və Idman Nazirliyinin dəstəyi ilə təşkil olunub (Turan).