“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Bu barədə musavat.com-a qəzetin hüquqşünası Vaqif Hüseyn bildirib.
Onun sözlərinə görə, AZAL “Yeni Müsavat”ın 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzetdən 500 min manat pul istəyir: “İddia ərizəsi Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim “Yeni Müsavat”a qarşı dəfələrlə qərəzli və qanunsuz qətnamələr çıxarmaqla tanınan Ziya Əliyevdir”.
Qeyd edək ki, məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub.