“Biz Azərbaycan-Ermənistan sərhədi boyu baş verən insidentlər haqda xəbərləri izləyirik və insanların mənasız ölümündən dərin təəssüf hissi keçiririk. Dövlət katibi Hillari Klintonun bölgəyə səfəri zamanı söylədiyi kimi güc tətbiqi yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”.
APA-nın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Amerika Erməni Milli Komitəsinin yazılı sorğusuna cavab məktubunda deyib.
O bildirib ki, ABŞ tərəfləri təkidlə güc tətbiqindən və güc tətbiq etməklə hədələmələrdən çəkinməyə çağırır: “Minsk Qrupunun həmsədri kimi biz məsələnin sülh yolu ilə həlli məqsədilə tərəflərlə birgə işi davam etdirəcəyik”.


