Fövqəladə hallar naziri Kamaləddin Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə qohum olub. “Qafqazinfo”nun yaydığı məlumatına görə, Kamaləddin Heydərov kiçik oğlu Nicat Heydərova Elçin Quliyevin qızını nişanlayıb. Nişan mərasimi bu günlərdə keçirilib. Mərasim şahidi olan qonşuların dediyinə görə, nişanda hər iki ailənin başçıları iştirak ediblər. Məclis el adətinə uyğun, sadə təşkil olunub.
Elçin Quliyevin qızının ötən il ali məktəbə daxil olduğu bildirilir.
Nicat Heydərov isə böyük qardaşı Tale Heydərov qədər geniş ictimai və biznes fəaliyyəti ilə məşğul olmasa da, o da atasının sahib olduğu bir çox müəssisələrə məsuldur.
“Fövqəlnazir” baş sərhədçi ilə quda oldu
•