Prezident Barak Obamanın arvadı Mişel Obamanın ulu babası irlandiyalı, ağdərili quldarmış. Bu haqda “The New York Times”ın jurnalisti Reyçel Suornsun kitabında məlumat verilir.Amerikaya gələn irlandiyalı Şilds 1852-ci ildə 475 dollara qara dərili Melvinia adlı qız satın alır. Endryunun oğlu Çarls Şildslə kölə Melviniadan Dolfus Şilds adlı oğlan və daha iki uşağı olur. Nəticədə kölə qadın azad edilir.
Cənubi Karolina ştatına köçən Dolfus Mişel Obamanın ulu nənəsi Elislə evlənir. Araşdırmaya görə Mişel Obamanın ana tərəfi də İrlandiya köklərinə malik imiş.
azadliq.info


