QOÇ
Gün işləmək üçün daha yararlıdır. Bürcün bir çox nümayəndələri işgüzar müstəvidə uğur qazanacaqlar, rəqiblərini inadkarlıqları ilə geridə qoyacaqlar. Bəziləri sizə həsəd aparacaq, amma onlardan zərər görməyəcəksiniz.
BUĞA
Bu gün yeni işlərdən yapışmayın. Gücünüzü sınamadığınız sahədə baş gicəlləndirən uğurlar gözləmək də yersizdir. Təmir işlərinə başlamaq və ya daşınmaz əmlak almaq məsləhət deyil. Səfərə çıxmağı isə planlaşdıra bilərsiniz.
ƏKIZLƏR
Gücünüzü qoysanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Kimsənin sizə təzyiq göstərməsinə imkan verməyin. Ehtimal ki, gəliriniz olacaq. Əgər əlinizə yeni iş götürmək fikrindəsinizsə, onda müttəfiqlərinizin köməyinə güvənə bilərsiniz.
XƏRÇƏNG
Işgüzar müstəvidə ünsiyyət baxımından gün münasib deyil. Ulduzlar bildirir ki, bəzən siz sirlərinizi onu saxlamağı bacarmayan adamların yanında açıb tökürsünüz. Yaxınlarınız ailə problemlərinizi həll etməyə yardımçı olmayacaq. Çətinliklərin öhdəsindən təklikdə gəlməyə alışın.
ŞIR
Yaxın gələcək üçün planlar qura bilərsiniz. Onları reallaşdırmaq asan olacaq. Bürcün bəzi nümayədələri çoxlarının öhdəsindən gələ bilmədiyi intellektual tapşırıqları asanlıqla həll edcəklər. Ehtimal ki, ən yaxın adamınızla aranızda söz-söhbət olacaq.
QIZ
Sizin ən böyük səhviniz bir çox işə birdən nail olmaq istəyinizlə bağlıdır. Yaxşı olar ki, səbrinizi basıb nəyin daha vacib olmasını incələyəsiniz. Fitnələrə uymayın. Söhbət əsnasında qəfil kəskin ifadələr işlətməyin.
TƏRƏZI
Bütün işlərinizi təxirə salaraq əylənmək istəyi könlünüzdən keçəcək. Şəxsi müstəvidə vəziyyət ürəkaçan olmayacaq. Ehtimal ki, bu probleminiz daha ciddi olacaq və bu üzdən də həllini gözləyən məsələlər ikinci plana keçəcək. Böyük alış-verişdən uzaq durun.
ƏQRƏB
Həyatınızın bütün sferalarında ciddi çətinliklər gözlənilir. Ulduzlar bu gün diqqətdən kənarda qalmağı məsləhət görür. Bu gün vacib sənəd imzalamaq, sövdələşmələr aparmaq məsləhət görülmür. Son zamanlar verdiyiniz vədləri unudursunuz deyə, yaxınlarınız bundan kədərlənəcək.
OXATAN
Maraqlı gündür. Hamı ilə dil tapacaqsınız. Bundan mövqeyinizi möhkəmləndirmək məqsədilə səmərəli istifadə etməyə dəyər. Təəssüf ki, gün maliyyə baxımından məhsuldar deyil. Xarici vətəndaşla aranızda romantik tanışlıq gözlənilir. Şəxsi problemləri həll etmək üçün münasib gündür.
OĞLAQ
Daha bir çətin gündür. Siz başqaları ilə dil tapa bilməyəcəksiniz. Amma nəzərə alın ki, yaranmış situasiya ümidsiz deyil. Siz qarşı tərəfə doğru bir addım atın, onlar da sizə eyni cür cavab verəcəklər. Hökumət orqanlarının işçiləri ilə iş birliyi məsləhət deyil.
DOLÇA
Sərf etdiyiniz enerjiyə təəssüflənməyəcəksiniz. Yeni işə başlaya bilərsiniz. Təcrübəli və kamil insanların verdiyi məsləhətlərə qulaq asın. Digər tərəfdən, sizi maraqlandıran məsələ ətrafında sual verməyə çəkinməyin. Çünki eşidəcəyiniz cavab sizi qane edəcək.
BALIQLAR
Istəsəniz, bu gün həyatınıza dəyişiklik gətirə bilərsiniz. Yadda saxlayın ki, siz buna təəşəbbüs göstərməsəniz, heç nə baş verməyəcək. Ehtimal ki, əlinizə pul düşəcək. Günün ikinci yarısında baş ağrılarınız ola bilər.

Günün ulduz falı (18.06.12)
•