Dunta Myatoviç: “Dəyişikliklər beynəlxalq standartlara uyğun deyil və informasiya azadlığını məhdudlaşdırmaq deməkdir”
ATƏT keçən həftə Azərbaycanda informasiya əldə etmək haqqında qanuna olunan dəyişiklərdən narazıdır və bununla bağlı hökumətə birbaşa müraciət ünvanlayıb.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç İrlandiyada, Dublində keçirilən İnternet Azadlığı Konfransında belə deyib. “Qanuna dəyişikliklər üçün ictimai müzakirə də keçirilmədi və bu, düzgün yol deyil. Biz hakimiyyət nümayəndələri ilə işləyirik. Mən bu məsələni qaldırmışam. Dəyişikliklər nə ATƏT-in standartlarına, nə də başqa beynəlxalq standartlara uyğun deyil və informasiya azadlığını məhdudlaşdırmaq deməkdir. Biz çalışırıq ki, bu nöqsanları düzəldək, amma mən hələ də hakimiyyətdən bir cavab ala bilməmişəm”, – deyə o bildirib (“Azadlıq” radiosu).


