Süleyman Rəhimovun oğlu, tanınmış yazıçı-publisist Şamo Arif dünən 76 yaşında dünyasını dəyişib. O, eyni zamanda geologiya və mineralogiya üzrə tanınmış alim olub. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışan alim ədəbi fəaliyyətə 60-ci illərdən başlayıb. İlk olaraq “Qoşa çinar” hekayəsi çapdan çıxıb. 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsin” romanını çap etdirib. Sonuncu romanı “Qınamayın məni” olub. Mərhum bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələrlə çıxış edib.
Şamo Arif vəfat edib
•