Lökbatanda dəşhətli ölüm

Ata-oğul iki qardaşı bıçaqlayaraq öldürüblər

Bu gün saat 12.30 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heydər Əliyev parkında dəşhətli bıçaqlanma hadisəsi olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ata-oğul ilə iki qardaş arasında mübahisə yaranıb. Nəticədə ata-oğul iki qardaşı bıçaqlayaraq öldürüblər.

Qaradağ Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda hadisə yerində araşdırma aparılır, olayın səbəbləri müəyyənləşdirilir.