ulduz fali

Günün ulduz falı (17.06.12)

QOÇ
Gərgin olduğu qədər də maraqlı gün gözlənilir. Gərgin vəziyyətdən yeganə çıxış yolu həqiqətin gözünə dik baxmaqdır. Xoşagəlməz həqiqəti danmaqla isə özünüzü aldatmış olacaqsınız. Yaxınlarla aranızda olan mübahisə və fikir ayrılıqları keçmişdə qalacaq.
BUĞA
Əhatənizdə olanlar sizdən hərəkət gözləyirlər. Heç bir aydınlıq şəraiti dəyişməyəcək. Çətinləşmiş vəziyyət sizin emosional fonunuz üçün ağır olacaq, günün sonlarında təbdən düşdüyünüzü hiss edəcəksiniz.
ƏKIZLƏR
Elə bir xəbər alacaqsınız ki, onun sayəsində ətrafda baş verənlər haqqında düzgün təsəvvürünüz olacaq. Maliyyə perspektivlərinin də yaxşı olacağı gözlənilir. Ya köhnə borclar qayıdacaq, ya da qiymətli hədiyyə alacağınız ehtimal edilir.
XƏRÇƏNG
Gözügötürməyənlər sizi ətrafdakıların qarşısında biabır etmək istəyəcəklər və reputasiyanızı korlamağa çalışacaqlar. Siz də öz növbənizdə bütün şübhələrə son qoymalısınız. Əgər dedi-qodulara yol versəniz, onların öhdəsindən gəlmək asan olmayacaq.
ŞIR
Kifayət qədər probleminiz olacaq, onların hamısını həll etmək iqtidarında deyilsiniz. Bir çoxları sizə ziyan vurmaq niyyətindədir. Etibarlı adamı tapmaq isə bürcün bütün nümayəndələrinə nəsib olmayacaq. Istənilən səhv bu gün sizə baha başa gələcək.
QIZ
Ulduzların fikrincə, siz əla həmkarsınız. Ən xırda bir səhv ağır fəsadlarla nəticələnə bilər. Bu, xüsusilə də maliyyə sənədləşməsilə məşğul olanlara şamil edilir. Günün ikinci yarısında əhvalınızın korlanacağı ehtimal edilir.
TƏRƏZI
Gün istənilən ev işləri üçün münasibdir, hər bir işin öhdəsindən gələcəksiniz. Yaxınlarınızla mübahisədən qaçacaqsınız. Əgər onlarla aranızda fikir ayrılığı yaranarsa, kompromisə getməyi bacaracaqsınız.
ƏQRƏB
Çətin işlərdə mərdlik göstərirsiniz. Bu, ətrafdakılara da bir nümunə olur. Təbii ki, müttəfiqlərinizin sayı artacaq. Gün yeni tanışlarla ünsiyyət üçün münasibdir. Ulduzlar bildirir ki, bu gün ciddi münasibətlərin təməli qoyulmasa da, yüngül bağlılıq olacaq.
OXATAN
Pozitiv tendensiyaların yüksək olmasına baxmayaraq, ciddi uğurlardan söhbət gedə bilməz. Professional tapşırıqlar sizdə maraq oyatmayacaq. Yaxınlarla münasibətlərdə çətinlik yaranacaq. Mübahisə və münaqişələr baş verməyəcək, amma qarşıdurma istisna edilmir.
OĞLAQ
Gün başgicəlləndirici uğurlar vəd etməsə də, ümumilikdə pis deyil. Işgüzar yardım vəd edən adamla ünsiyyət quracaqsınız. Gün işgüzar səfərlər, xarici müttəfiqlərlə əməkdaşlıq baxımından əlverişlidir. Ehtimal ki, köhnə dostlardan biri ilə görüşəcəksiniz.
DOLÇA
Bu gün bir sıra maraqlı imkanlarınız yaranacaq və seçim imkanında çətinlik çəkəcəksiniz. Həyat təcrübəniz və hissiyyatınız sizə bu işdə yardımçı olacaq. Uğurlarınıza yaxınlarınızla yanaşı, sizə rəğbət bəsləyənlər də sevinəcəklər.
BALIQLAR
Uğurlu gün olacaq. Cəsarətli işlərə qol qoyacaqsınız. Xırda qüsurlar və uğursuzluqlar da istisna edilmir, lakin onların nəticəsinin acı olmayacağı gözlənilir. Siz ətrafdakıların rahat həyatı üçün çalışırsınız. Amma yaddan çıxarmayın ki, başqalarının problemlərini həll etmək heç də həmişə faydalı olmur.