Vladimir Putin Medvedev islahatları zamanı güc strukturlarına təyin olunmuş kadrları çıxararaq, yerinə öz köhnə adamlarını təyin edir. DİN-də aparılan islahatlar zamanı təyin olunan bir neçə general vəzifəsi ilə vidalaşıb.
Prezident saytından verilən xəbərə görə, Daxili işlər Nazirinin müavinləri Segey Bulavin, Aleksandr Smirnıy, İqor Aleşin işindən azad edilib. Segey Bulavin və Aleksandr Smirnıy keçən il prezident Medvedevin polisdə apardığı islahatlara nəzarət edirdilər. Bulavin 2011-ci ilin yazı qüvvəyə minən polis haqda qanunun hazırlanmasında məşğul olurdu. Smirnıy isə polis təşkilatında kadr dəyişikliyi edirdi. İqor Aleşin kriminalla mübarizəyə başçılıq edirdi.
Genral-leytenant Mixail Nikitin isəRusiya DİN-in Baş cinayət axtarış idarəsininsədri vəzifəsindən azad edilib. O, bu posta 2010-cu ilin sentyabrında Medvedev tərəfindən təyin olunmuşdu.
azadliq.info


