Polis idarəsi yaxınlığında meyit tapılıb

Bakı şəhər Nəsimi rayon sakini ürək çatışmazlığından vəfat edib.

Bakı şəhər Səbail Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 15-də gecə Səbail rayonu A.Abbaszadə küçəsi, 17. ünvanında, ANS telekanalı və Səbail Rayon Polis İdarəsinin yaxınlığında 55 yaşlı kişi meyiti aşkarlanıb.

Həmin şəxsin Nəsimi rayon IV mikrorayon sakini Hacıyev Zahid Mürsəl oğlu olduğu müəyyənləşdirilib. O, ürək çatışmazlığından həyatını itirib.