Hillari Klintonun Gürcüstana səfəri zamanı amerikan-gürcü starteji əməkdaşlığı çərçivəsində hərbi işbirliyin bərpa olunmasına qərar verilib. Hərbi əməkdaşlığa Gürcüstanın Hava Hücumundan Müdafiə sisteminin möhkəmləndirilməsi də daxildir.
ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir: “Biz Gürcüstanla öz hava məkanını və sahil zolağının təhlüküsəzlik imkanlarını genişləndirməsi üçün yardım haqda danışıqlar apardıq. Həmçinin komandanlıq və çavuş heyətinin bacarıqlarının yaxşılaşdırılması imkanları haqda”
Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən ABŞ onun vertolyot donanmasını da yeniləməyi planlaşdırır.
azadliq.info


