ulduz fali

Günün ulduz falı (16.06.12)

QOÇ
Sizin üçün əhəmiyyət kəsb edən münasibətin qırılacağı ehtimal edilir. Buna baxmayaraq, günü ümumilikdə pis saymaq düzgün olmaz. Yaxşı olardı ki, yanınızda sizi əyləndirməyi bacaran, çətin anlarda dayaq duran adam olsun. Pis əhval-ruhiyyəyə yer verməyin.
BUĞA
Çoxdankı arzunuz həyata keçəcək və bunun üçün heç nə etməyəcəksiniz. Siz lazımi anda imkanlardan istiifadə etməyi bacaracaqsınız. Maliyyə işlərinə gəlincə, bu sferada ehtiyatı əldən verməyin. Çünki çox pul xərcləyəcəksiniz, hansı ki, sonradan buna peşman ola bilərsiniz.
ƏKIZLƏR
Gün uğurlu və maraqlı olacaq. “Əkizlər”in ailə məsələlərinə aid cəsarətli planlarını reallaşdırmaq imkanları olacaq. Ümumiyyətlə, gün istənilən praktiki məsələlərin həlli baxımından yaxşıdır.
XƏRÇƏNG
O qədər enerjilisiniz ki, hər bir işə hazırsınız. Lakin təəssüflə deməliyik ki, qarşınıza düzgün məqsəd qoymaqda çətinlik çəkirsiniz. Bu mövzuda dəqiqlik və aydınlıq çatışmır. Xoşunuza gəlməyən adamlarla ünsiyyətdən uzaq olmağa çalışın.
ŞIR
Uzunmüddətli konflikt “Şir”lərin gününün korlanmasına səbəb olacaq. Düzdür, siz özünüzü xoşagəlməz hallara hazırlamışdınız, lakin yenə də problemin hansısa yolla həll olunacağına ümid edirdiniz. Bu gün qarşınıza qoyduğunuz məqsəd əhəmiyyətli xərc tələb edəcək.
QIZ
“Qız”lar günün əsas hissəsini yardıma ehtiyacı olanlara kömək etməklə keçirəcəklər. Bu gün nə qədər çalışsanız da istirahətə vaxt tapmayacaqsınız. Nəticədə əhvalınız korlanacaq, gərgin olacaqsınız. Buna baxmayaraq, hisslərinizin sizi idarə etməsinə imkan verməyəcəksiniz.
TƏRƏZI
Çox informasiya almaq üçün çox bilənlərlə yaxın olmağınız məsləhətdir. Çoxlu sayda faydalı məsləhət əldə edəcəksiniz. Gün əsasən, elmi yaradıcılıq baxımından dəyərlidir, amma əyləncələr üçün münasib deyil.
ƏQRƏB
“Əqrəb”lər ən darıxdırıcı işlərin qulpundan yapışsalar belə, onu maraqlı və cəlbedici etmək qabiliyyətinə qadirdilər. Əlinizi hansı işə uzatsanız, sizə kömək etmək istəyənlər tapılacaq. Yardımdan imtina etməyə dəyməz.
OXATAN
Özgələrinin təcrübəsi işinizə yarayacaq. Bu gün yeni başlanğıclar üçün əlverişli zamandır. Xüsusilə də səyahət və beynəlxalq əməkdaşlıq baxımından münasibdir. Bu günə xaricilərlə görüş təyin edən nümayəndələrin bəxti gətirəcək.
OĞLAQ
Sizinlə bərabər yaxınlarınızı da narahat edən problemi asan yolla həll edəcəksiniz. Öz qələbələriniz barədə ucadan danışmağa dəyər. Işgüzar və şəxsi müstəvidə maraqlı təkliflər alacaqsınız. Hər iki halda onları qəbul etmək olar.
DOLÇA
Son zamanlar əldə etdiyiniz nailiyyətlər bir qadını hövsələdən çıxarır. Bu gün həmin qadın sizin həyatınıza müdaxilə etməyə çalışacaq və üç nəfəri sizin yolunuzun üstünə çıxmağa təhrik edəcək. Bu təhlükəli anı vaxtında sezib ondan qorunmaq vacibdir.
BALIQLAR
Bürcün nümayəndələri müqavimət göstərməkdə çətinlik çəkəcəklər. Sizdə həyata keçirilməsi mümkün olmayanlara qarşı güclü istək yaranacaq. Çoxları sizin diqqətinizin həsrətindədir. Hətta bu məqsədlə bəzilərinin məkrli addımlar atacağı da gözlənilir.