BMT Suriyadan müşahidəçilərini çıxarır

BMT-nin Suriya üzrə müşahidəçi missiyası bu ölkədə öz fəaliyyətini dayandırır. Bu haqda monitorinq qrupunun sədri norveçli general Robert Mud bildirib. O, qərarı son vaxtlar ölkədə “artan zorakılıq”la əsaslandırıb. Bundan bir az əvvəl Kofi Annan Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla müşahidəçi missiyasının davam edəcəyini bildirmişdi.

ABŞ isə Rusiyadan Suriyaya gedən silah dolu gəmilər haqda xəbər verir. Amerikan kəşfiyyatı iddia edir ki, Rusiya Tarsus limanını hərbi müdaxilədən qorumağa çalışır. Peykdən çəkilən “Николай Фильченков” gəmisinin şəkillərinə əsasən demək olar ki, bu gəminin xeyli silah və 300 desant daşımaq imkanı var.

Suriyadakı müşahidəçi missiyasını verdiyi xəbərə görə, hökümət qoşunları və müxalifətin toqquşması zamanı ən azı 18 nəfər həlak olub. Duma şəhərinin artileriya atəşina tutlması zamanı 7 insanın öldüyü xəbər verilir. Toqquşmalar Homs, Dera və Hama şəhərlərində davam edir.

azadliq.info