Qazaxda işğal günü çal-çağır

“14 iyun Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalı günüdür. Həmin gün bizim ciddi itkilərimiz olub, şəhid vermişik. Nə qədər qəribə olsa da, bu işğal gününü rayon icra hakimiyyəti toy-bayram kimi qeyd edir”, – deyə Aşağı Əskipara kəndinin könüllü müdafiə taborunun komandiri olan Fəzail Əliyev “Azadlıq”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün döyüşçülər icra hakimiyyətinin bu şadlıq törənindən məyus olub. Onların bu məsələ ilə əlaqədar etirazlarına yerli məmurlar heç bir reaksiya verilməyib.
Icra hakimiyyətindən bildirilib ki, bayram tədbiri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışıyla bağlıdır və mütləq qeyd olunmalıdır.
“Döyüşçülərə, işğal hadisəsinə bu cür saymazyana münasibətlə cəmiyyətdə onsuz da zəifləyən vətənpərvərlik duyğularını tam öldürürlər. ”Qurtuluş” adlandırılan bayramı bu cür təmtəraqla keçirməklə Aşağı Əskipara camaatına, orada həlak olan döyüşçülərimizə hörmətsizlik nümayiş etdirilir”, – deyə Fəzail Əliyev vurğulayıb.

Informasiya şöbəsi