Fransa Parisdə keçirilən beynəlxalq silah sərgisi “Eurosatory-2012”də unikal sayıla biləcək robot-ekzoskelet təqdim edib. İnsan bədəninə birləşdirilən bu qurğu asanca 100 kq ağırlığı qaldırmağa imkan verir. 4 saat ərzində isə 40 kq yükü ağırlıq hiss etmədən daşımaq mümkündür.
Yeni konstruksiya piyadalara hərbi ağır hərbi yükləri rahatlıqla daşımağa şərait yaradacaq. “Hercule” adalanan və mexaniki ayaqlardan ibarət olab robot kontruksiyaya gələcəkdə qollar da əlavə ediləcək.
Robot-ekzoskelet mexanikidir, uzaqdan idarə edilmir. İxtira ilk öncə hərbçilər üçün hazırlansa da, gələcəkdə ondan xilasedicilər, həkimlər, yanğısöndürənlər istifadə edə bilər.
2015-ci ildə kütləvi istehsalaına start veriləcək “Hercule”un indiki bazar qiyməti 30 min avrodur.
azadliq.info


