Müsavatda demokratiya ilə bağlı forum

Bu gün Müsavat Partiyasının qərargahında “Azərbaycan: demokratiya, ictimai-siyasi duruma dair dinləmələr” mövzusunda forum keçiriləcək. Saat 14:00-da başlayacaq forum 16:00-dək davam edəcək. Forumda aşağıdakı mövzular müzakirə olunacaq:
1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişiklik; cəbhə xəttində baş verən son olaylar; medianın durumu, son təzyiqlər, RATI-nin foto – reportyoru Mehman Hüseynova qarşı qaldırılan cinayət işi.
Məruzəçilər:
Jurnalist Xədicə Ismayılova, “Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev; Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədri, iqtisadçı ekspert Azər Mehdiyev; hərbi ekspertlər Üzeyir Cəfərov, Ildırım Məmmədov Səməd Səmədzadə; Müsavat başqanı Isa Qəmbər, Siyasi Azadlıqları Müdafiə Alyansının(SAMA) koordinatoru Samir Kazımlı, Müsavat başqanının müavini Gülağa Aslanlı
Foruma hər kəs dəvətlidir.