ulduz fali

Günün ulduz falı (15.06.12)

QOÇ
Bu günə plan qurmaqda çətinlik çəkəcəksiniz. Gün çoxlu sürprizlər gətirəcək. Amma çoxdan görmədiyiniz adamlarla görüş baxımından gün münasib sayılmır. Çünki siz onlarda baş verən dəyişikliyi görüb təəccüblənəcəksiniz.
BUĞA
Pozitiv tendensiyalar sayəsində uğurlu gün gözlənilir. Şəhərdən kənar gəzinti ilə bağlı planlarınızı reallaşdıra bilərsiniz. Ehtimal ki, elə bir adamla tanış olacaqsınız ki, o, sizin həyatınızı daha da parlaq edəcək. Yeni işlərdən yapışa bilərsiniz.
ƏKIZLƏR
Gün sizi həyəcanlanmağa vadar edəcək. Həll edilməsi vacib sayılan işləri təxirə salacaqsınız. Yaxın adamlarınızla aranızda narazılıq getdikcə artacaq. Yalnız istisna hallarda siz zarafata salmaqla vəziyyəti idarə edə biləcəksiniz. Alış-veriş üçün yaxşı gündür.
XƏRÇƏNG
Təəssüf ki, uğursuz gündür. Bu da daha çox sizin xarakterinizlə bağlı olacaq. Yaxın adamınızla kompromisə getmək uğursuz olacaq. Buna baxmayaraq, uşaqlarla yaxşı dil tapacaqsınız. Ulduzlar “ağır” filmləri izləməyi məsləhət görmür.
ŞIR
Ulduzlar bürcün nümayədələrini sevindirəcəklər. Gəliriniz olacaq. Gün teatr tamaşalarını ziyarət etmək, ictimai tədbirlərdə iştirak etmək baxımından münasibdir. Belə yerlərdə diqqəti çəkmək sizin üçün asan olacaq.
QIZ
Çox yüngül gündür. Yaxşı əhvalınızı heç kim korlaya bilməyəcək. Ehtimal ki, ya təklif, ya da dəvət alacaqsınız. Gün kommersiya fəaliyyəti üçün münasibdir. Köhnə borclarınızın qaytarılması da gözlənilir.
TƏRƏZI
Işlər pis getməyəcək. Gün uşaqlarla ünsiyyət baxımından münasib zaman sayıla bilər. Ulduzların məsləhətinə görə, aktiv istirahət və təmiz havada gəzinti sizə vacibdir. Bütün gününüzü kompüterin arxasında keçirmək tövsiyə olunmur.
ƏQRƏB
Istənilən başlanğıclar üçün əla gündür. Gün səmimi söhbətlər, romantik etiraflar üçün münasibdir. Siz qarşı tərəfi sanki ovsunlayacaqsınız. Sizin cazibəniz diqqətdən kənarda qalmayacaq.
OXATAN
Bu gününüzdən səmərəli istifadə edərək işlərinizi başa çatdırmağa çalışın. Günün ortaları fiziki işlər, səyahətə çıxmaq, bir sözlə, istənilən aktiv fəaliyyət üçün münasib sayılır. Amma axşam saatlarını daha sakit mühitdə keçirməyiniz məsləhətdir.
OĞLAQ
Maraqlı gün gözlənilir. Digər tərəfdən, planlar üzrə hərəkət edə bilərsiniz. Istənilən münasibətlərin qurulması baxımından əlverişli gündür. Biznes-layihələr və kommersiya planlarının müzakirəsi baxımından da münasib gündür.
DOLÇA
Yaxşı tanımadığınız adamlarla ehtiyatlı davranın. Fikir ayrılığı və ciddi problemlərin olacağı ehtimal edilir. Ailə işlərini də diqqətdən kənarda saxlamaq olmaz. Dostlar mənəvi dəstəyə görə sizdən razı qalacaqlar. Maliyyə itkisi də istisna edilmir.
BALIQLAR
Günün gedişatı sizi razı salacaq. Tələskənliyə yol verməyin. Günün birinci yarısı şəxsi məsələlərin müzakirəsi və həlli baxımından əlverişlidir. Dostlarla və qohumlarla səmimi söhbət edin. Günün ortlarında vəziyyətin dəyişəcəyi bildirilir.