Lavrov Klintona sərt cavab verdi

Rusiya XİN-in rəhbəri:“Əslində ABŞ Suriya müxalifətini silahlandırır”

ABŞ-dövlət katibi Hillari Klintonun Rusiya hakimiyyətini Suriya rejiminə siyasi və hərbi dəstək verməkdə günahlandırması rəsmi Moskvanın qəzəbinə səbəb olub. İrana səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarının ittihamlarına cavab olaraq bildirib ki, rəsmi Moskva Suriya hakimiyyətini deyil, əslində ABŞ Bəşər Əsəd rejiminin əleyhdarlarını silahlandırır.

Xatırladaq ki, Klinton Rusiyanın Suriyaya kəşfiyyat helikopterləri göndərməsi ölkədəki gərginliyi artıracağınl demişdi. Rusiyanın Suriyaya etdiyi silah ixracını dayandırmasını istəyən Klinton “Bizə, əvvəlcədən göndərdiklərinin Suriyanın daxili işləriylə əlaqəsi olmadığını söylədilər. Amma bu doğru deyil” söyləyib.