QOÇ
Gün ümidlərinizi doğrultmayacaq. Başladığınız işlərin əksəriyyətinin uğursuz olacağı, əməkdaşlığınız və görüşlərinizin isə məhsuldar keçməyəcəyi bildirilir. Ünvanınıza kifayət qədər tənqidlər eşitməli olacaqsınız.
BUĞA
Günün birinci yarısı işinizdəki uğursuzluğu üzə çıxaracaq. Halbuki, siz bu işinizə böyük ümidlər bəsləyirdiniz. Bu səbəbdən də əhvalınız korlanacaq, həmçinin öz gücünüzə inamınız itəcək. Yaxşı olardı ki, bu gününüzü ev işlərinə həsr edəsiniz.
ƏKIZLƏR
Müsbət təsirin itməməsindən bəhrələnərək işlərinizdə səliqə-sahman yarada bilərsiniz. Ciddi başlanğıclar üçün münasib gün deyil. Günün ikinci yarısında həmkarlarınızla aranızda peşəkarlıq mövzusunda apardığınız diskussiyada fikir ayrılığı yaşayacaqsınız. Evdə də probleminizin olacağı istisna edilmir.
XƏRÇƏNG
Uğurlu gündür, xoş təsadüflərlə dolu olacaq. Bunlara planlaşdırmadığınız gəlir, gözləmədiyiniz nailiyyətlər aiddir. Digər tərəfdən, iş yerinizi dəyişmək məqsədilə uğurlu danışıqların olacağı da ehtimal edilir. Hətta başqa ölkəyə köçmək təklifi də ala bilərsiniz.
ŞIR
Əldə etdiyiniz mövqeni itirmək təhlükəsi var. Rəqiblərinizin aktiv fəaliyyəti sizi kölgədə qoyacaq. Ulduzlar özünüzdən muğayat olmağı tövsiyə edir, çünki həyat potensialınızın aşağı düşməsi səbəbindən əhval-ruhiyyəniz korlanacaq.
QIZ
Məhsuldar günlərdən biridir. Öz zəifliyinizin öhdəsindən gəlmək bacarığınız təqdirəlayiqdir. Məhz bu keyfiyyətiniz sayəsində maraqsız, lakin vacib işlərin həyata keçirilməsi üçün diqqətinizi toplaya biləcəksiniz. Digər tərəfdən, sizə aydın olacaq ki, münasibət qurduğunz əks cinsin nümayəndəsi heç də sizə layiq deyil və ondan uzaqlaşdığınıza görə sevinəcəksiniz.
TƏRƏZI
Siz ailə münaqişələrinin yaranmasında təşəbbüskar kimi çıxış edəcəksiniz. Əvvəlcə yaxınların sizinlə birləşmək fikri olmayacaq, daha sonra onlar da sizdən ilham alacaqlar. Mənasız mübahisə və anlaşılmazlıqdan qırılan münasibətləri bərpa etməyə cəhd göstərin.
ƏQRƏB
Çətin işlərin öhdəsindən gəlmək üçün əla zamandır. Gün təhsil üçün də münasibdir. Əldə etdiyiniz informasiyanın faydasını yaxın gələcəkdə görəcəksiniz. Şərikli layihələrə başlaya bilərsiniz, xüsusilə də tərəf müqabiliniz xarici vətəndaş olarsa, daha məhsuldar nəticə əldə edərsiniz.
OXATAN
Gözdə-qulaqda olun, düşmənləriniz çox yaradıcı və enerjili təsir bağışlayır. Ehtimal ki, müdiriyyətlə və həmkarlarınızda aranızda münaqişə olacaq. Yeni proyektlərə başlamağa dəyməz. Yaxınlarınız isə sizin istəklərinizi unudurlar, bu da sizi kədərlənməyə vadar edən səbəblərdən biri olacaq.
OĞLAQ
Çox da ümidverici gün olmasa da, xoş anlar yaşayacaqsınız. Sizin üstünlükləriniz göz qabağındadır, o üzdən də gün ərzində çoxlu sayda tərif eşidəcəksiniz. Axşam ya sizin qəfil harasa dəvət ediləcəyiniz, ya da kiminsə gözlənilmədən sizə gələcəyi ehtimalı var.
DOLÇA
Bu gününüz vacib və xoş hadisələrlə bağlı olacaq, amma hadisələr gözlənilməz olduğundan əvvəlcə çaş-baş qalacaqsınız. Bu gün köçmək baxımından münasib sayıla bilər. Əgər köçmək planınızda yoxdursa, onda yaşadığınız yeri rəngləməyə çalışın.
BALIQLAR
Perspektivli görünən işlərinizdə fikrinizi toplasanız, əla nəticələr əldə edəcəyiniz bildirilir. Başqa işlərlə başınızı qarışdırmağı məsləhət bilənlərə əhəmiyyət verməyin. Ümumiyyətlə, bu gün öz daxili səsinizə qulaq versəniz, faydasını görərsiniz.

Günün ulduz falı (14.06.12)
•