Almanlar Merkelin geyiminə əsəbiləşdi

Almaniya kansleri Angela Merkelin dünən keçirilən Almaniya-Hollandiya futbol matçına tamaşa edərkən geyindiyi geyim almanları əsəbiləşməsinə səbəb olub. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, Polşanın Qdansk şəhərində Almaniya yığmasının futbolçuları ilə yemək yeyən kanslerin Hollandiya yığmasının rəngində paltar geyinməsi gərginlik yaradıb.

A.Merkelin oyundan öncə belə geyinməsi ölkə gündəmində müxtəlif fikirlərin yaranması ilə nəticələnib. Bəzi insanlar Merkelin bu cür geyimlə “narıncı inqilabın” həbsdə olan lideri Yuliya Timoşenkoya dəstək verdiyini, bəziləri isə kanslerin hollandları hirsləndirməmək üçün belə geyindiyini bildiriblər.