Göygöldə dəhşətli qəza: 5 nəfər öldü

Hadisə rayonun Uşqara kəndi ərazisində baş verib

Göygöl rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, bu gün saat 16:00 radələrində Uşqara kəndi ərazisində “KamAZ” markalı maşın sərnişin mikroavtobusu ilə toqquşub. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb. Onların sözlərinə görə, avtobusun qabaq hissəsi demək olar ki, yox idi.

Rayon Polis Bölməsindən məlumatı təsdiqləsələr də, hadisənin təfərrüatlarının hələ bilinmədiyini söylədilər.

ANS PRESS