Diktatora 20 il hökm oxundu

Tunisin keçmiş prezidenti Ben Əli qiyabi olaraq 20 il həbs cəzasına məhkum olunub. O, iğtişaşların qızışdırılmasında, qətldə və soyğunçuluqda günahlandırlır. Tunis hərbi tribunalı 4 nümayişçinin öldürülməsini araşdıraraq bu qərarı verib. Kefe şəhərində öldürülən 22 nümayişçinin işi ilə bağlı digər bir məhkəmədə prokuror Ben Əliyə edam cəzası istəyir.

Sabiq diktator hal-hazırda Səudiyyə Ərəbistannda sığınacaq tapıb. Bu vaxtacan Ben Əli haqda verilən qiyabi məhkəmə hökmləri üst-üstə 66 ili keçib. Onu ekstradisiya etmək qərarına hələ müsbət cavab verilməyib.

azadliq.info