Danimarka Portuqaliyaya, Hollandiya Almaniyaya qarşı

Bu gün AVRO-2012-nin final mərhələsinin B qrupunda II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, “Ölüm qrupu”nun komandaları 2-ci sınağa çıxacaq.

Bu 2 qarşılaşma son turu formallığa çevirə bilər. Belə ki, ilk turda qalib gələnlər xala həsrət olan rəqiblərlə üz-üzə gələcək. Almaniya və Danimarka milliləri qalib gələcəyi halda, adını 1/4 finala yazdıra bilərlər. Bu, müəyyən şərtlərlə mümkün olacaq.

Almaniyalılar qalib gələrsə, Portuqaliyanın istənilən xal itkisini, Danimarka isə Bundestimin xal qazanmasını arzulamalıdır. Onların hər ikisi qalib gələcəyi halda isə son tur yalnız qrupun 1-ci yerinin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb edəcək.

Eyni zamanda Hollandiya və Portuqaliya üçün hər şey indidən bitə bilər. Onların hər ikisi uduzacağı halda, digər matçda xalı olmayan komandaya azarkeşlik edib, qələbəsini arzulayacaq. Belə olmasa isə 1/4 final arzusu ilə vidalaşacaq.

AVRO-2012

Final mərhələsi
II tur
B qrupu

21:00. Danimarka – Portuqaliya
Baş hakim: Kreya Tomson (Şotlandiya)
Lvov. “Lvov-Arena” stadionu

23:45. Hollandiya – Almaniya
Baş hakim: Yonas Erikson (İsveç)
Xarkov. “Metallist” stadionu