Avro-2012: Polşa Rusiyadan 1 xal qopardı

Çexlər Yunanıstanı məğlub etdi

İyunun 12-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun oyunları başlayıb. A qrupunda Çex Respublikası-Yunanıstan və Rusiya-Polşa qarşılaşmaları olub.
Çex Respublikası rəqibini 2:1 hesabı ilə məğlub edib. Rusiya-Polşa qarşılaşması isə 1:1 hesablı bərabərliklə başa çatıb.
İyunun 13-də B qrupunda Danimarka-Portuqaliya və Hollandiya-Almaniya qarşılaşmaları olacaq.