2000 suriyalı Türkiyəyə sığındı

Türkiyənin XİN-in mətbuat katibi Səlcuq Ünalın verdiyi məlumata görə, Suriyada baş verən son hadisələrdən sonra Türkiyəyə qaçan qaçqınların sayı 48 saatda 2000-ə yüksəlib. Türkiyəyə imdad aparan aparan qaçqınların sayı 29 min 500-ə çatıb. Gələn 2000 qaçqından 43 nəfərin yaralı olduğu bildirilir.

Suriyadan qaçan insanlar Türkiyədən başqa Livan, İordaniya və İraqa gedir. 2011-ci ilin martından bu yana davam edən hadisələrdə artıq 13 min nəfər həyatını itirib.

azadliq.info