QOÇ
Ümidinizi kəsdiyiniz layihəni uğurla başa vuracaqsınız. Işgüzar müstəvidə işləriniz qaydasında gedəcək; həmkarlarınızla yaxşı münasibət quracaqsınız. Yaxınlarla da münasibətiniz düzələcək.
BUĞA
Qəfil çətinlikləriniz yaranacaq və onların öhdəsindən gəlmək asan olmayacaq. Standart olmayan metodlardan istifadə etmək məcburiyyətində qalacaqsınız, heç vaxt müraciət etmədiyiniz adamlardan kömək istəməli olacaqsınız. Yadda saxlayın ki, bu gün uzunmüddətli əməkdaşlığın təməli üçün münasib gün deyil.
ƏKIZLƏR
Yaxınlarla münasibətiniz əla olacaq. Gün yeni işlərin təməli üçün əlverişlidir. Amma yenicə başladığınız proyektlərin sona çatdırılması baxımından uyğun deyil. Uzaq qohumları, yaxud da dostlardan birini ziyarət edin, onlar sizin gəlişinizdən sevinəcəklər.
XƏRÇƏNG
Gün sənədləşmə işi, hökumət orqanlarının nümayəndələrilə görüş baxımından əlverişlidir. Yaxşı olardı ki, vacib görüşlərinizi günün ikinci yarısına planlaşdırmayasınız. Ulduzların iddiasına görə, bu zaman hətta sizə ən yaxın olan adamla belə, dil tapa bilməyəcəksiniz.
ŞIR
Günün birinci yarısından faydalanmaq lazımdır, çünki istənilən iş üçün uğurludur. Axşam çağı isə gəzinti, təbiət qoynunda istirahət və idmanla məşğul olmaq üçün münasib sayılır. Spirtli içkilərdən və yağlı yeməklərdən imtina edin, əks halda, sağlamlığınızda problemləriniz ola bilər.
QIZ
Əlinizə götürdüyünüz işlər istədiyiniz nəticəni verməyəcək. Mübahisə və münaqişələrin baş verəcəyi ehtimalı böyükdür. Siz güzəştə getməyəcəksiniz, heç kimin fikirlərilə hesablaşmaq istəməyəcəksiniz.
TƏRƏZI
Bürcün nümayəndələri ətrafdakılarla yaxşı anlaşacaqlar, bir sözlə, xoşagəlməz hallar baş verməyəcək. Yeganə fikir ayrılığı büdcənin idarə olunmasıyla bağlı mövzunun müzakirəsində özünü göstərəcək.
ƏQRƏB
Müdiriyyətlə münasibət qurarkən təmkinli, soyuqqanlı olmağınız tövsiyə olunur. Ulduzlar bildirir ki, eksperimentlər apararkən çalışın, tənha olasınız, əks təqdirdə, nəticə alınmayanda pərt olacaqsınız.
OXATAN
Çox da ideal gün deyil. Günün ikinci yarısı xoş təsadüflə bağlı olacaq və çoxdankı arzunuzun reallaşacağı ehtimal edilir. Həyat eşqiniz aşıb-daşır, romantik və dostluq görüşünün reallaşması baxımından da günün ikinci yarısı münasib sayılır.
OĞLAQ
Gün uğurludur, ancaq ciddi işlər üçün yaramır. Gün təhsil üçün də münasibdir. Yadda saxlayın ki, yaxınlarınız sizin zarafatlara alışa bilmirlər. Ona görə də ikibaşlı məna verən ifadələr işlətməməyə çalışın. Ehtimal ki, romantik macəra yaşayacaqsınız.
DOLÇA
Çox çətin gündür. Hər işiniz əlinizdən çıxır, planlarınızı dərhal dəyişməli olacaqsınız. Yaxınlarla münasibətiniz korlanacaq. Əks cinsin nümayəndələrindən biri sizinlə maraqlanacaq, amma ulduzlar yeni münasibətlər qurmağa tələsməməyi məsləhət görür.
BALIQLAR
Çalışın, vacib işlərinizi tamamlayasınız. Çünki neqativ təsirlərin gücü hər an artacaq. O üzdən də günün başlanğıcı sonrakı vaxtlarla müqayisədə daha uğurlu olacaq. Bu yalnız işgüzar müstəviyə deyil, həmçinin şəxsi müstəviyə də şamil edilir.

Günün ulduz falı (12.06.12)
•