Azərbaycandakı vəziyyət Avropa Parlamentinin deputatı ilə müzakirə olundu

Ötən həftə Dünya Azərbaycanlıları Birliyinin prezidenti Ədalət Qulyiev və Türkeli Dərnəyinin sədri Loğman Üzəl Avropa Parlamentində yüksək səviyyəli görüş keçirib.
Bu barədə redaksiyamıza Dünya Azərbaycanlıları Birliyinin katibi Səbinə Abbasova məlumat verib.
Məlumatda deyilir ki, Ə.Quliyev və L.Üzəl Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin, AVRONEST Parlamentlərarası Assambleyasının, İnsan Haqları üzrə komitənin fəal üzvü və ALDE qrupunun koordinatoru, deputat Leonidas Donskis ilə görüşüblər. Görüş zamanı bir sıra aktual məsələlər, o cümlədən Azərbaycanın qeyri-demokratik istiqamətdə təhlükəli irəliləyişi, ölkədə insan haqlarının pozulması, seçki saxtakarlıqları, söz azadlığının məhdudlaşdırılması, vicdan məhbuslarının azadlığa buraxılması məsələləri müzakirə olunub.
Görüşdə Qarabağ münaqişəsinin həlli perspektivi haqda da fikir mübadiləsi aparılıb, Ermənistan və Azərbaycan rəhbərliyinin hakimiyyət mənafelərinə görə münaqişənin həllinə maraq göstərmədikləri
qeyd olunub.
Avropalı deputat Azərbaycandakı prosesləri  yaxından izlədiyini və demokratiya sahəsindəki vəziyyətə görə narahat olduöunu bildirib.