Şotland radiosunda Xəlil Rzadan danışacaqlar

Xalq şairinin şeiri ingilis dilində səsləndiriləcək

Britaniyanin “BBC” media korporasiyasının Şotland bürosu Azərbaycan milli azadlıq hərakatının fəallarından biri, azadlıq şairi Xəlil Rza Ulutürk haqqında sujet hazırlayıb. BBC radiosunun Şotlan xidmətində xalq şairinin həyat və yaradıclığından qısa bəhs olunacaq və Xəlil Rzanın şeiri ingilis-dilində səsləndiriləcək. Xalq şairinin şeirini Azərbaycan dilindən ingilis dilinə Aynur H. tərcümə edib. Şeiri Mançester Universitetinin tələbəsi Ziya Qafarlı səsləndirəcək.