Ekstravaqant müğənni Ledi Qaqa yenidən gündəmə gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ledi Qaqa konserti zamanı başından yaralanıb. Hadisə Yeni Zelandiyanın Auckland şəhərində qeydə alınıb.
Konsertin texniki işçisi təsadüfən əlindəki işıq dirəyini Ledi Qaqanın başına vurub. Müğənni başını ovuşduraraq qısa müddətə səhnədən ayrılıb. Bir müddət sonra o səhnəyə geri qayıdaraq şousunu bitirib.