Pəncərədən atılan sərnişin xəstəxanada dünyasını dəyişib
Göygöl rayonunun Çaylı kəndində PAZ markalı sərnişin avtobusu yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın saat 12.00 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, sərnişin – 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət alıb. O, xəstəxanada dünyasını dəyişib. Sürücü və qalan sərnişinlər isə vaxtında avtobusu tərk edib.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri aparıb, o cümlədən yaxınlıqda olan qaz balonlarını təhlükəsiz əraziyə köçürüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


