İyunun 10-da Böyük Britaniyanın baş naziri Devid Kemeron və həyat yoldaşı 8 yaşlı qızları Nensini restoranın tualetində unudublar. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Devid Kemeronun həyat yoldaşı qızını tualetə aparıb və sonra da qızı yaddan çıxararaq tualetdən çıxıb.
Daha sonra Devid Kemeron və xanımı mühafizəçilərlə birlikdə ayrı-ayrılıqda avtomobillə evə gəliblər və hər biri də qızın digərinin yanında olduğunu düşünüb. Qızın avtomobillərin heç birində olmadığı məlum olandan sonra Devid Kemeron geri qayıdıb və onu gözləyən qızını götürüb…


