Avro-2012: Ukrayna əfsanəsi İsveçi “yıxdı”

İngiltərə ilə Fransa meydandan 1 xalla ayrıldı

İyunun 11-də  furbol üzrə Avropa Çempionatında növbəti 2 oyun keçirilib. D qrupunda əvvəlcə İngiltərə-Fransa (saat 21:00), sonra isə Ukrayna-İsveç (saat 23:45) qarşılaşmaları baş tutub.
İngiltərə və Fransa hərəyə 1 qolla kifayətlənmi olub, oyunu heç-heçə başa vurublar. Hər iki qol oyunun birinci hissəsində vurulub. İngiltərədən  Leskot (30-cu dəqiqə), Fransadan isə Nəsri (39-cu dəqiqə) fərqləniblər.
İkinci qarşılaşma isə 2:1 hesabı ilə çempionata Polşayla birlikdə ev sahibliyi edən Ukraynanın xeyrinə bitib. Ukrayna yığmasının əfsanəvi hücumçusu Şevçenko 55 və 61-ci dəqiqələrdə vurduğu dəqiq zərbələrlə komandasına 3 xal qazandırıb. İsveç yığmasından isə qolu 52-ci dəqiqədə İbrahimoviç vurub.
İyunun 12-də Yunanıstan-Çex Respublikası və Polşa-Rusiya qarşılaşmaları olacaq.