Qazaxda şəhid olan Vahid Bağırovun şəkillərini rayonda yaymağa qoymurlar
Redaksiyamıza Ağsulu gənclərin adından müraciət daxil olub. Müraciətdə rayonda baş verən böyük bir biabırçılıqdan bəhs olunur. Müraciətin mətnini qısa ixtisarla təqdim edirik: “İyunun 4-də işğalçı erməni quldurlarıının şəhid etdiyi əsgərimizin biri Bağırov Vahid İntiqam oğlu Ağsu rayonundandır. Ağsulu gənclər şəhidmizin dəfnində çox yüksək səviyyədə iştirak edib. Dəfn zamanı “Şəhidlər ölməz Vətən bölünməz”, “Allahu Əkbər” şüarları səsləndirərkən, Çaprılı kənd icra nümayəndəsinin əli ilə dəfndə iştirak edən gənclərə qarşı təxribat törətməyə cəhd edilib. Dəfndə iştirak edən Ağsulu gənclər buna əhəmiyyət verməyib şəhidimizin hörmətlə dəfn olunmasinda iştirak ediblər. Bundan sonra şəhid ailəsinə təskinlik olmaq üçün və gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək üçün şəhidimizin şəkli şəxsi avtomobillərə və obyektlərə vurulub.
Bu gün Ağsu rayon rəhbərliyinin tapşırığı ilə şəhidimizin şəkilləri avtomobillərdən və obyektlərdən cırılıb götürülür, avtomobil və obyekt sahibilərinə təzyiq edilir.
Kəlbəcər rayonundan məcburi köçkün və şəhid ailəsi Ağsu rayonunda müvəqqəti məskunlaşmış Elşən Məmmədovun işlətdiyi dükana gələrək, dükan pəncərəsinə vurulmuş şəhid şəklini cırmağı tələb ediblər. Elşən Məmməov gələnlərə izah edib ki, bu şəkili vurmaqda məqsəd şəhid ailəsinə təskinlik vermək və gənclərdə vətənpərvrlik ruhunu yüksəltməkdir. Elşən Məmmədov tapşırığın kim tərəfdən verildiyini soruşduqda polis dükanı tərk edib. Bir neçə dəqiqə sonra YPX əməkdaşları gələrək Kəlbəcər rayon sakini, şəhid qardaşı Qurbanov Vasifi çağıraraq ondan avtomobilə vurdugu şəkli cırmağı tələb ediblər. Polisə burada qanunsuz heç bir şey olmadiğı izah edildikdə Vasifdən avtomobilin sənədlərini tələb ediblər. Elşən Məmmədov onlara yaxınlaşaraq “Allah şəhidlərimizə rəhmət etsin, şəhidlərimizə hörmət qoymaq hər birimizin borcudur” deyib. Kənan adlı polis bunun cavabında avtomobilindən düşərək Elşən Məmmədovun üstünə uca səslə qışqırıb: “Mən qarşıma çıxan hər kəsi tapdalayaram, səni də əzərəm, istədiyim şəkili də cıraram”.
İnformasiya şöbəsi