Dünən gecə saatlarında cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusunun iki zabiti minaya düşüb. Bu barədə
“AzeriDefence.com” saytı məlumat yayıb.
Lent. az-ın əldə etdiyi məlumata görə, minaya düşənlər mayor Zahir Məmmədov və kapitan İlqar Verdiyevdir.
Yaralı zabitlər hospitala yerləşdiriliblər. Z. Məmmədovun ayağı, İlqar Verdiyevin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, İ. Verdiyev Azərbaycanın Türkiyədə təhsil almış zabitlərindən biridir, o bir müddət Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışıb.


