Avro-2012: “Divlər” sülhlə ayrıldı

Xorvatlar İrlandiyanı sevinməyə qoymadı

İyunun 10-da futbol üzrə Avropa Çempionatında növbəti oyunlar keçirilib. C qrupunda İspaniya-İtaliya və İrlandiya-Xorvatiya qarşılaşmaları olub.
Birinci qarşılaşmada komandalar hərəyə 1 qol vura bilib. Hesabı 60-cı dəqiqədə Natalenin vurduğu zərbə ilə italiyalılar açıb. İspanların cavabı isə özünü cəmisi 4 dəqiqə gözlədib. Fabreqas 64-cü dəqiqədə bərabərlik qolunu vurub və oyun bu hesabla da (1:1) başa çatıb.
Günün ikinci oyunu isə isə 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Xorvatlar hələ 3-cü dəqiqədə Mario Mandzukicin vurduğu baş zərbəsi ilə irəli çıxıblar. İrlandlar 19-cu dəqiqədə hrsabı bərabərləşdirə biliblər. Topu rəqib qapıya Sean Ledqer göndərib. Lakin Xorvatiya yığması 43 (Nikica Jelavic) və 49-cu (Mario Mandzukic) dəqiqələrdə vurduğu qollarla rəqibini məyus edib.
İyunun 11-də D qrupunda Fransa-İngiltərə (saat 21:00) və Ukrayna-İsveç (23:45) qarşılaşmaları keçiriləcək.