Putinin 1 milyon dollarlıq saat kolleksiyası

Rusiya prezidentinin bir saatının dəyəri 500 min dollardır

Rusiya müxalifətinin bir qrupu fəalı prezident Vladimir Putinin saat kolleksiyasını göstərən video hazırlayıb. Ötən il 3.6 milyon rubl (87 min AZN) qazandığını açıqlayan Putinin saat kolleksiyasının ümumi dəyəri 22 milyon rublu (1 milyon dollar) keçir.

Kreml rəhbərinin saatları arasında 60 min dollar dəyərində “Pate Philippe Perpetual Calendar”, 10 min 500 dollar dəyərində “Leman Aqua Lung Grande Date by Blancpain”, 500 min dollar dəyərində timsah dərisindən edilmiş “A. Lange & Sohn Tourbograph” marka saatlar var.

azadliq.info