İngiltərə höküməti Avro-2012 futbol çempionatını boykot edir. Bu haqda “Guardian” yazır. Onlar bu qərarlarını Ukrayna müxalifətinin lideri Yuliya Timoşenkonu həbsdə saxlayan məhkəmə sisteminə etirazla əsaslandırıblar. İngiltərə XİN-i heç bir ingilis nazirin ölkə yığmasının qrup oyunlarında iştirak etməyəcəyini təsdiqləyib.
İngiltərə ilk matçını bazar ertəsi Ukraynanın Donetsk şəhərində keçirəcək. Həmçinin 15 iyunda Kievdə, 19 iyunda Donetskdə keçirilən oyunlarda İngiltərə rəsmiləri iştirak etməyəcək. XİN mətbaut katibi: “Hökümət yığmanın Avro-2012-də iştirakını dəstəkləyir. Ancaq nazirlərin iştirakı turnirin sonrakı oyunlarında ola bilər”.
Avropa Birliyinin bir sıra ölkələrinin rəsmiləri Ukraynada keçirilən oyunlarda iştirakdan imtina edib. Almaniya kansleri Angela Merkel deyib ki, onun kabinetindən heç kəs Ukraynada keçiriləcək hər hansı futbol matçında iştirak etməyəcək. Əgər Viktor Yanukoviç ölkədə insan haqları ilə bağlı vəziyyəti düzəltməsə.
Avropa Komisiyasının prezidenti Joze Manuel Borrozo və Ədliyyə məsələləri zrə Komissar Vivian Redinq də Ukrayanaya səfər etməyəcəyini bildirib. Çexiya prezidenti Vaslav Klaus və Almaniya prezidenti Yoahim Qauk da keçən ay Yaltada keçiriləcək konfransda iştirak etməkdən imtina etmişdilər.
Ukrayna XİN-in mətbuat xidməti Böyük Britaniyanın bu addımını “emosional qərar” adlandırıb.
Avropanın keçmiş Əmək naziri Denis Makşeyn bəyan edib ki, İngiltərə Avro-2012-i boykot edən ilk ölkə olmalıdır, amma sonuncu yox. Avropa millətləri çempionatı boykot etməlidir. İcmalar Palatasında Timoşenkonun sağlamlığı məsələsini qaldıran Makşeyn Ukraynaya ikili standartlar tətbiq edilərkən, insan haqlarını pozan digər ölkələr qarşı boykot edilməməsini qınamışdı.
azadliq.info


